BDU-da müasir elmi konsepsiyalar müzakirə olunub

Hit: 689
BDU-da müasir elmi konsepsiyalar müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Biblioqrafiyaşünaslığa dair müasir elmi konsepsiyalar” mövzusunda onlayn elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı bildirib ki, bu gün BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atılır. Hazırda Universitetdə bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların və müəyyənləşdirlmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, Bakı Dövlət Universiteti yaxın gələcəkdə təhsilin səviyyəsinə, elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcəkdir. O, eyni zamanda bugünkü seminarın mövzusunun aktuallığından danışıb.
 
Elmi seminarda Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Biblioqrafiyaşünaslığa dair müasir elmi konsepsiyalar” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qlobal informasiya mühiti şəraitində informasiya fəaliyyətinin əsas istiqamətlərindən olan biblioqrafiyaşünaslığa dair yeni konsepsiyaların meydana gəlməsindən bəhs edilib. Bildirilib ki, məruzədə qarşıya qoyulan əsas məqsəd biblioqrafiyaşünaslığa dair müasir elmi konsepsiyaları araşdırmaq, onların ümumi və xüsusi cəhətlərini şərh etmək və tədris prosesində bu dəyişiklikləri nəzərə almaqdan ibarətdir. Çıxışda qərb və rus sahə elmi mühitinin bu aspektdəki nailiyyətləri, eyni zamanda Azərbaycan biblioqrafiyaşünaslarının fəaliyyəti də öz əksini tapıb.
 
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Dekan müavinləri Mehmanəli Məmmədov, Zahidə Rzayeva, kafedra müdirləri Knyaz Aslan, Elçin Əhmədov, dosentlər Nigar İsmayılova, Pərviz Kazımi, Solmaz Sadıqova və başqaları məruzələ ilə bağlı fikirlərini bildiriblər.
 








Redaktorun seçimi