“İMZA"- da yeni təyinat olub

Hit: 903
“İMZA"- da yeni təyinat olub
İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Xəyyam Əsgərovun müvafiq əmrinə əsasən Nərgiz Qurbanova İnsan Resursları departamentinin rəhbəri vəzifəsinə təyin edilib.
 
Azərbaycan Dillər Universitetinin məzunu olan, 1996-cı il təvəllüdlü Nərgiz Qurbanova isə ixtisasca ingilis dili müəllimidir. Hazırda oxuduğu təhsil ocağında Ümumi şöbənin assistenti vəzifəsində çalışan N.Qurbanova ADU-nun “Fəxri məzun” diplomu ilə təltif olunub. İngilis və rus dillərini sərbəst bilən gənc kadr buna qədər Gənclər üçün Təhsil Mərkəzində də işləyib. İndiyə kimi müxtəlif tədbirlərdə, o cümlədən ölkə rəhbərliyinin iştirakı ilə gənclərlə keçirilmiş görüşlərdə iştirak etmiş, çoxsaylı təlimlərdə püxtələşmiş, könüllü kimi də fəaliyyət göstərmiş yeni əməkdaşımız bildirir ki, onun əsas məqsədlərindən biri düzgün işləmək və ən əsası cəmiyyət üçün faydalı olmaqdır.
 
“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransının iştirakçısı olmuş gənc mütəxəssis həmçinin həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında da yaxından iştirak edib. N.Qurbanova “Gənclərin kiçik biznes quruculuğuna dəstək” proqramı çərçivəsində Biznes Məktəbinin təlim kurslarını da uğurla bitirib.
 
Əməkdaşımıza yeni işində uğurlar arzulayırıq!








Redaktorun seçimi