İlahiyyat sahəsində ixtisaslaşan mütəxəssislərin - NƏZƏRİNƏ!

Hit: 847
İlahiyyat sahəsində ixtisaslaşan mütəxəssislərin - NƏZƏRİNƏ!

“KİŞİLƏR GENDER STEREOTİPLƏRİNƏ VƏ AYRISEÇKİLİYƏ QARŞI” – TƏLİM VƏ MENTORLUQ PROQRAMI

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçiridiyi "Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda qadın və qızlara qarşı gender stereotipləri və ayrıseçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması layihəsinə start verilir. 
 
Layihə çərçivəsində peşəkar ekspertlər və təlimçilərdən ibarət komanda tərəfindən gender bərabərliyi sahəsində biliklərinin və təlimçi bacarıqlarının formalaşdırılmasını arzu edən ilahiyyat/din sahəsi ilə əlaqəli olan iştirakçılara gender təlimləri və mentorluq dəstəyi göstəriləcək. Gender, cins əsaslı seçim, gender və güc anlayışları arasında əlaqə, gender-əsaslı zorakılıq və qayğı anlayışlarında fərdlərin ailədə, icmada və fərdlər arasında harmonik münasibətlərdə daha fərqli və sağlam yanaşmanı artırmaq məqsədi daşıyan bu proqramın uğurlu müdavimlərinə öz icmalarında gənc oğlan və kişilər arasında maarifləndirmə işlərinin həyata keçirilməsi üçün proqram və texniki dəstək veriləcəkdir. 
 
Proqramın məqsədi ilahiyyat və din sahəsində biliyi və təcrübəsi olan iştirakçıların gender həssaslığı və məlumatlılığının artırılması və onların gələcəkdə spiker/təlimçi kimi öz icmalarında gender tədrisini davam etdirmələri üçün mentorluq dəstəyi verməkdir.
 
Proqramda kimlər iştirak edə bilər?
İlahiyyat sahəsində ixtisaslaşan mütəxəssislər, dini icma nümayəndələri, məsciddə dini fəaliyyət göstərən şəxslər, Quran və din tədrisi ilə məşğul olanlar, ilahiyyat, şərqşünaslıq və fəlsəfə sahəsində tədris alan şəxslər.
 
Proqramı başa vuran iştirakçılar aşağıdakıları əldə edəcək:
gender-əsaslı zorakılıq və gender ayrıseçkiliyinə dair bir aylıq təlim proqramı üzrə bilik və bacarıqlar, uğurlu iştiraka dair sertifikat;
gender və din sahəsində peşəkar təlimçi və ekspertlərlə ünsiyyət və onların mentorluq xidmətlərindən faydalanma;
təlim keçmək və auditoriya qarşısında çıxış etməyə dair praktik bilik və bacarıqlar;
öz icmanızda beş dəfə təlim keçmə imkanı və  təcrübəsi;
təlimlərin həyata keçirilməsi üçün texniki və maliyyə dəstəyinə çıxış.
 
Proqramın müddəti: 
həftədə altı saat olmaqla, bir ay; 
təlimlərdə fəallığı ilə seçilən 10 iştirakçı ilə bir ay ərzində mentorluq fəaliyyəti;
bir ay ərzində uğurlu iştirakçı tərəfindən beş təlimin keçirilməsi.
 
Qeydiyyat: Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı keçid vasitəsilə qeydiyyat üçün müraciət edə bilər.
 
https://docs.google.com/forms/d/1s_N6s5psCMR9J6s0488KRCt_GyOWjgyysKESQiF7xl0/edit 
 
Həmçinin müraciətinizi [email protected] electron ünvanına göndərə bilərsiniz. 
 
Seçimlərdə ilahiyyat sahəsində praktiki fəaliyyəti olan və proqramda sona qədər iştirak etməyə həvəsini nümayiş etdirən iştirakçılara üstünlük veriləcək.
 
Müraciət üçün son tarix: 29 yanvar, 2021-ci il








Redaktorun seçimi