Müharibədən qayıdan sürücülərlə görüş keçirilib - FOTOLAR

Hit: 1194
Müharibədən qayıdan sürücülərlə görüş keçirilib - FOTOLAR
Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Menloq” MMC-nin 4 əməkdaşı Rəşadətli Ordumuzun sıralarına qatılaraq Vətən müharibəsində iştirak ediblər.
 
Faktor.az xəbər verir ki, artıq səfərbərlikdən təxris olunan əməkdaşlarla görüş keçirilib.
 
Bildirilib ki, döyüşlərdə iştirak edən əməkdaşlardan bir nəfəri Baş-leytenant Xəlil Əhmədov hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Müzəffər Ali Baş Komandanın sərəncamıyla “Qarabağ” ordeni ilə təltif olunub.
 
Döyüşlərdə fərqləndiklərinə görə 3 nəfər isə qulluq etdikləri hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
 
Görüşdə çıxış edən Menloq MMC-nin direktoru Cavid Şirinov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələnib. Bu möhtəşəm Zəfər tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılacaqdır.
 
Şanlı Ordumuzun sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürünü və xoş arzularını çatdıran sədr ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Daha sonra döyüşçülərə Fəxri fərman və hədiyyələr təqdim edilib.
 
Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.
 
Tədbir çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsüylə qan xəstəliyindən əziyyət çəkənlərə dəstək olmaq və qan ehtiyatını artırmaq məqsədi ilə könüllü qanvermə aksiyası da keçirilib.
1
1
1
1
1
1
1








Redaktorun seçimi