İsmayıllıda vaksinasiyaya start verildi

Hit: 396
İsmayıllıda  vaksinasiyaya start verildi
İsmayıllı Rayonun Mərkəzi xəstəxanasında əhalinin peyvənd olunması işlərinə başlanıldı.
 
Başlanan bu mühüm tədbirlə bağlı Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 4 xüsusi vaksin otaqları və o, cümlədən burada peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb. 
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyyət peyvənd olunacaq. Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
 
Peyvəndin əks təsiri olmadığını bilən tibb işçiləri İlk olaraq bu aksiyaya özləri könüllü qoşulub. Məlumat üçün bildiriirik ki,  rayonumuzda 715 tibb işçisi var.
 2020-ci ilin əvvəlində virusa qarşı mübarizəyə Prezidentimizin “Biz Birlikdə Güclüyük” çağırışı ilə başladıq. 
Bu gündə “Biz Birlikdə Güclüyük” şuarı ilə bir olub infeksiyadan tamamilə qurtulmaq üçün vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.








Redaktorun seçimi