Gənclər üçün yeni iş imkanı

Hit: 394
Gənclər üçün yeni iş imkanı
“Hazır Mühasib-2” layihəsinə yenidən start verilir.Layihə iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən region gəncləri üçün nəzərdə tutulub.
 
Beynəlxalq mühasibat uçotunun əsaslarını əhatə edən proqramın əsas istiqamətlərimaliyyə uçotu və hesabatı,vergi və sosial ödənişlərin uçotu və hesabatı və rəsmi mühasibatlıqdır.
4 ay davam edəcək layihədə iştirak etmək istəyən gənclər test imtahanı və müsahibə yolu ilə seçiləcək.  Layihəni uğurla tamamlayanlar sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcək.
 
Gənclərin İnkişaf və Karyera Mərkəzi, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və "Məram" Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi gənclərin karyera quruculuğu və karyerasına dəstək olmaqdır.
 
Məlumat üçün bildirək ki, layihə 2-ci dəfə keçirilir. Keçən il baş tutan layihənin sonunda 6 iştirakçı dövlət və özəl sektorda işlə təmin olunublar.
Layihədə iştirak etmək istəyən gənclər  http://shorturl.at/uyGQZ qeydiyyat linkinə müraciət edə bilərlər. 
 







Redaktorun seçimi