“Tarixin Canlı Şahidləri” adlı görüş baş tutub

Hit: 520
“Tarixin Canlı Şahidləri” adlı görüş baş tutub
“İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıilə birgə 20 Yanvar hadisələrinə həsr olunan “TarixinCanlı Şahidləri” adlı görüş həyata keçirilib.
 
200-ə yaxın gəncin iştirak etdiyi görüşün əsas məqsədiüstündən uzun illər keçsə də qəhrəmanlıq tariximizin bu şanlı səhifəsini gələcəyimiz olan gənclərə bilavasitə şahidlərin öz dili ilə çatdırmaq, onlarda vətənpərvərlik hislərini gücləndirmək və Azərbaycan xalqının mübarizə tarixini gənclərə aşılamaq olub.
 
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövət Himni səslənib və vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 20 yanvar hadisələri haqqında öz fikirlərini bölüşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev bildirib ki, “31 il keçməsinə baxmayaraq gənclər və gənclər təşkilatları bu cinayəti dünya ictimaiyyətinə çatdırmağda öz işinə davam etməlidir.” Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli vurğulayıb ki, “20 yanvar hadisələrində öz canlarından keçən şəhidlərimiz gələcək nəsillərə qəhrəmanlıq nümunəsi oldu.”Daha sonra “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışında bildirib ki, “20 yanvar şəhidləri vətən yolunda, xalq yolunda, bugünki azadlığımız və müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların ömrü vətənin ömrü qədərdir.”
 
Anım tədbirində yazıçı, jurnalist Orxan Fikrətoğlu və 20 Yanvar hadisələrinin şahidləritərəfindən tarixin reallıqlarını müzakirə edilib. Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışılıb. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.
 
Tədbir zamanı 20 yanvar gününün şahidləri də baş vermişhadisələrin reallıqlarını gənclərimizlə bölüşərək, gələcək nəsilin bu torpağın qoruyucuları olduqlarını vurğulayıblar. Görüşdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub, haqq savaşında aparılan mübarizədə qalib gələn igidlərimizə təşəkkür edilib, qalibiyyətimizi şəhidlərimizə borclu olduğumuz bildirilib.
 
Eyni zamanda 20 Yanvar tarixində “İrəli” İctimai Birliyi və digərgənclər təşkilatları gənclərlə birgəŞəhidlər xiyabanına gedərək canınında keçən vətən övlarının xatirələrini yad edəcək.
 
Qeyd edək ki, “İrəli” İB bundan əvvəl də davamlı olaraq 20 yanvar hadisələrinə həsr olunan xüsusi videoçarxlar hazırlayıb, anım yürüşlərivə müxtəlif tədbirlərhəyata keçirib.








Redaktorun seçimi