Rektor Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüşüb

Hit: 359
Rektor Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla görüşüb
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən tələbə və məzunlarla onlayn görüş keçirib. Görüşdə tələbə və məzunların valideynləri və yaxınları da iştirak edib. Rektor ötən il Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuzun apardığı 44 günlük müharibədə əldə olunan Şanlı Qələbə münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu müharibə Azərbaycan ordusunun gücünü dünyaya bir daha sübut edib. Bu qələbədə AzTU-nun tələbə və məzunlarının da rolunun olması qürurvericidir. 
 
Rektor AzTU tələbələrinin vətənpərvərlik ruhunun hər zaman yüksək olduğunu xüsusi qeyd edib. Bildirib ki, bu günə kimi torpaqlarımızın azad olunması uğrunda gedən bütün döyüşlərdə AzTU-nun tələbə və məzunları yaxından iştirak edib. 
 
Vilayət Vəliyev Vətən müharibəsində iştirak edən və akademik borcları qalan bütün tələbə və məzunlara qanunvericiliyin tələbləri çərçivəsində universitet tərəfindən güzəştlərin olunacağını da diqqətə çatdırıb. Bildirib ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün Kompleks Qayğı Proqramı hazırlanıb və universitet Elmi Şurasında təsdiqlənib. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçiriləcək. 
 
Daha sonra AzTU-nun Tədris hissəsinin müdiri Qəmər İsayeva akademik borcları qalan tələbə və məzunlar haqqında məlumat verib, onlarla mütəmadi əlaqə saxlandığını diqqətə çatdırıb. Bildirib ki, onların hər birinin problemi ayrıca müzakirə olunub və həlli istiqamətində müvafiq qərar qəbul edilib. Görüşdə tələbə və məzunları, eləcə də onların valideynlərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.







Redaktorun seçimi