Müəllimlik bir peşədən əlavə, bir sevgidir, sənətdir, həvəsdir

Hit: 496
Müəllimlik bir peşədən əlavə, bir sevgidir, sənətdir, həvəsdir
Antik yunan filosofu Platon deyirdi ki, müəllimlik hər şeydən əvvəl Tanrı sənətidir. Tanrı bəndəsini düz yola çəkdiyi, səhvlərini bağışladığı kimi müəllim də insanlar içərisində bu şərəfli missiyanı yerinə yetirməkdədir. Yaşadığı zaman və məkandan asılı olmayaraq, daxilindəki işığa doğru üz tutan, bütün varlığı ilə düzgünlüyə, ədalətə tapınan insanlar bütün cəmiyyətlərdə sayılıblar, sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin təməlini qoymuş qocaman alim və müəllimlərin möhtəşəmliyi ondan ibarətdir ki, fakültə yarandığı gündən bu günədək tələbə-müəllim münasibətləri arasında gözəl, sağlam mühit formalaşıb və bu günə qədər də davam edir. Belə müəllimlərimdən biri və birincisi bu gün 81 yaşına qədəm qoyan Yalçın Əlizadədir.
 
Yalçın müəllimin bütün elmi, pedaqoji fəaliyyəti yalnız Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə bağlıdır. İnsanın xoşbəxtliyinin açarı onun ağıl və iradəsindən asılı olur, yalnız bu yolla kamilliyə çata bilər, mənsub olduğun cəmiyyətdə hörmət-izzət sahibi ola bilərsən. Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri də məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Bu mənada, 81 yaşını qeyd edən Yalçın Əlizadə həm də təşəbbüskar, yeniliklərə can atan, elmi tədqiqatlardan ruh alan dəyərli alimlərdəndir
 
Mənim kadr kimi yetişməyimə, formalaşmağıma ən çox təsir göstərən müəllimlər, xüsusilə tələbələik dövründə, təkcə elm yox, həyat tərzini və ona fərqli baxışını da öyrədənlər olublar. Tələbəlik illərimi heç unutmuram, biz oxuyanda Yalçın Əlizadə fakültəmizin dekanı idi. Bütün işçi heyətindən öncə fakültəyə gələrdi və hamıdan gec çıxardı işdən. Yalçın müəllimin şəxsi xarakterik keyfiyyətlərindən irəli gələn səmimi tələbkarlığı, hələ o qayğıkeşliyi, təlim üsulu, Ədəbi reaktə dərsində müzakirə etdiyimiz qəzet nümunələri indiyə kimi yadımdadır. Buraxılış işimi müdafiə edəndə belə əlindən gələn köməyi əsirgəməmişdi. Bütün çənliklərimizdə, yol göstərmək lazım olanda ilk onun qapısını döyümüşük. Və hər zaman bütün çətinlikdə bizə çıxış yolu göstərmiş, köməyini əsirgəməmişdi. Onun həm pedaqoji fəaliyyəti, həm mahir idarəçilik qabiliyyəti Jurnalistika fakültəsinin inkişafına öz ciddi təsirini göstərib. Yalçın müəllim, həm də peşəkar radio nəzəriyyəçisidir. Yalçın müəllim fərqli idi - ona görə onun daxili gücü və içinin işığı var; onu adamlara sevdirən də məhz budur. Bizim nəslin kamilləşməsində böyük əməyi olan əziz, unudulmaz müəllimimizin tələbələrinə valideyn kimi qayğıkeş münasibəti bizim kimi yetişdirdiyi müəllimlərin indi həyat fəlsəfəsi sırasındadır.
 
Jurnalistika fakültəsidə sələflərin qoyduğu sağlam ab-hava, möhkəm təməl, tələbə-müəllim münasibətlərindəki dürüstlük, səmimilik, şəffaflıq bugünə qədər yaşamaqdadır.  Yalçın müəllim sadə, xeyirxah bir insandır, zəngin mənəviyyat sahibidir.
 
Görkəmli jurnalisti, pedaqoq alim Yalçın Əlizaəni anadan olmasının 81-ci doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, şərəfli yolda uğurlar arzulayıram!

Günel İsgəndər (Orucəliyeva),
BDU-nun İctimaiyyətlə əlaqlər və informasiya şöbəsinin müdiri

 







Redaktorun seçimi