Ekoloji cəhətdən zərərsiz SP-3 (Şpindel) yuyucu mayesi

Hit: 351
Ekoloji cəhətdən zərərsiz SP-3 (Şpindel) yuyucu mayesi
AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda istehsal olunan yüksək texnologiya məhsullarının yerli şirkətlərdə tətbiqi istiqamətində məqsədyönlü işlər görülür.
 
Bu məqsədlə istehsal olunan məhsullardan biri də öz keyfiyyəti ilə seçilən SP-3 (Şpindel) yuyucu mayesidir. Bu yuyucu vasitə pambıq istehsalında tətbiq olunan pambıqyığan kombaynların fırlanan mexanizmlərinin mütəmadi olaraq yüksək təzyiq altında yuyulması üçün geniş istifadə olunur.
 
Sözügedən məhsulun əsas üstün cəhəti analoqlarını tam şəkildə əvəz etməsi və qiymətinin dəfələrlə ucuz olmasıdır. Ekoloji cəhətdən zərərli, toksik tərkibə malik olan xlorlu parafinlərdən hazırlanan xarici analoqlarından fərqli olaraq Zavodun istehsal etdiyi SP-3 (Şpindel) yuyucu mayesi təbii tərkibli olduğundan təbiətə zərər yetirmir. Belə ki, bu maye mineral yağ mühitində təbii üzvi turşuların aminlərlə birləşməsindən hazırlanır. Yuyucu mayenin saxlama şəraitinə riayət olunması vacibdir.
 
Qeyd edək ki, Şpindel yuyucu mayesi indiyədək bir sıra yerli şirkətlərə tətbiq olunub.







Redaktorun seçimi