Daha 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

Hit: 469
Daha 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Faktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra olunub.








Redaktorun seçimi