“Pandemiya miqrasiya proseslərinə də mənfi təsir göstərib” - Vüsal Hüseynov

Hit: 381
“Pandemiya miqrasiya proseslərinə də mənfi təsir göstərib” - Vüsal Hüseynov
2020-ci il bütün dünyada pandemiya ilə mübarizə ili kimi qəbul edilir. Azərbaycan da bu mübarizə tədbirlərini həyata keçirib və pandemiyanın təsirlərindən kənarda qalmayıb. Ötən ilin yanvar-fevral aylarında bütün istiqamətlərdə 2019-cu ilin bütün dövrü ilə müqayisədə artım hiss edilib.
 
Faktor.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, bütün rəqəmlərdə il ərzində 10-15 faiz irəliləyiş olub: “Ötən il pandemiya olmasaydı, miqrasiya prosesi baxımından çox dinamik artım müşahidə edilərdi. Ancaq mart ayından karantin tədbirləri başladı və hazırda da qüvvədədir. Bütün bunlar miqrasiya proseslərinə mənfi təsirini göstərib, ümumən dünyada insan yerdəyişməsində ən aşağı rəqəm müşahidə edilib".
 
V.Hüseynov qeyd edib ki, pandemiya yeni başlayanda 59 963 şəxsin hüquqi vəziyyətinin müəyyənləşməsi tələbi var idi. “Onlar viza ilə və ya vizasız qaydada ölkəyə daxil olmuşdular. Məhdudiyyətlər səbəbindən ölkəni tərk edə bilmirdilər. Bu şəxslərin müraciətinə baxaraq leqallaşdırdıq. Pandemiya dövründə xarici ölkə səfirliklərdə bir çox şəxslərin pasport müddəti bitirdi və çətinlik yaranırdı, bu səbəbdən DMX tərəfindən bu şəxslərin ölkədə leqallaşmasına, etibarsız sənədlə ölkədə olmasına güzəşt edildi. Həmçinin saxlama mərkəzlərinə məcburi yerləşdirmə də dayandırılıb. Hazırda mərkəzdə yalnız könüllü müraciəti olan şəxslər saxlanılır.
 
Məlumatlandırma tədbirləri artırılıb, Çağrı Mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərib. Elektron xidmətlərimiz yeniləndi və sadələşdirildi”.








Redaktorun seçimi