İmtahanlar davam edir

Hit: 228
İmtahanlar davam edir
Bakı Dövlət Universitetində (BDU) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası davam edir.
 
Onlayn formatda aparılan imtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb. Tələbələrə hər sualı 0-10 balla qiymətləndiriləcək beş sualdan ibarət bilet təqdim olunub. Onlayın imtahanın keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan imtahan zamanı hər hansı bir problem yaranmayıb.
 
Yanvarın 12-də bakalavriat pilləsində təhsil alan 285 qrup üzrə 5797 (2800 nəfəri SABAH qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 165 ixtisaslaşmada 84 fənn üzrə 588 magistrant imtahan verib. BDU-nun Qazax flialında isə 611 tələbə imtahanlarda iştirak edib.
 
İmtahanların gedişini prorektorlar, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri də izləyiblər.
 
Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.
 







Redaktorun seçimi