Həmtəsisçisi azərbaycanlı olan ilk VPN proqramı təqdim olundu

Hit: 314
Həmtəsisçisi azərbaycanlı olan ilk VPN proqramı təqdim olundu
Hazırda fiziki müharibələrlə yanaşı, informasiya müharibəsinin də olduqca aktual olduğu bir dövrdə internetdə olan məlumatların təhlükəsizliyi böyük önəm daşıyır. Belə ki, torpaqlarımızın azadlığı uğrunda gedən müharibə zamanı internetdən istifadədə tətbiq olunan təhlükəsizlik tədbirlərinə görə bir sıra erməni VPN şirkətlərinin azərbaycanlılar tərəfindən istifadəsi narahatlıq doğurmuşdu. 
VPN internet traffikini şifrələyən və beləliklə cihazınız üçün güvənli tunelləmə protokolu təmin edən xidmətdir. VPN xidmətlərinin tarixi 20 ildən artıq bir dövrü əhatə edir.
 
WireGuard bu mövzuda ən innovativ həll hesab olunur. Lakin bu məqamda nəzərə almaq lazımdır ki, ödənişsiz təqdim olunan VPN xidmətləri, heç də hər zaman təhlükəsiz anlamını ifadə etmir. Belə ki, pulsuz VPN xidməti təşkil edən şəxslər və şirkətlər sizin məlumatlarınızı toplayaraq, bəd niyyətləri üçün də istifadə edə bilərlər. 
 
Bu baxımdan təsisçilərindən biri həmvətənimiz Vüsal Qəmbərov olan "ZerVPN"in təqdim olunması olduqca böyük önəm daşıyır.  Belə ki, ZerVPN ABŞ-da qurulmuş, 6 ölkənin server ilə xidmət göstərən bir şirkətdir. Beynəlxalq bir şirkət üçün bunun önəmi olmasa da, bir azərbaycanlı tərəfindən təklif edilən ilk VPN xidməti olması yerli internet istifadəçiləri üçün əlamətdar hesab olunacaq bir hadisədir.
 
V.Qəmbərovun sözlərinə görə ZerVPN WireGuard texnologiyasına əsaslanan VPN xidmətidir: "ZerVPN təhlükəsiz və sürətli internet üçün açarınızdır. Həm də, "ZerVPN"in peşəkar komandası hər bir istifadəçiyə özəl diqqət göstərməyi şirkətin missiyası olaraq müəyyən etmişdir" - deyə şirkətin həmtəsisçisi bildirib.
 
Daha ətraflı məlumat və qiymətlərdən xəbərdar olmaq üçün www.zervpn.com səhifəsinə daxil ola bilərsiniz.







Redaktorun seçimi