Gömrük Hospitalında stresslə mübarizə mövzusunda seminar keçirilib

Hit: 946
Gömrük Hospitalında stresslə mübarizə mövzusunda seminar keçirilib
Mərkəzi Gömrük Hospitalında “Burn-out: psixoloji tükənmə və onun həkimlərə təsiri” mövzusunda seminar keçirilib. Mərkəzi Gömrük Hospitalının reanimatoloqları üçün təşkil edilmiş seminarı Hospitala ABŞ-dan dəvət olunmuş klinik psixoloq Dr. Şirin Kazımov aparmışdır. Tədbiri giriş sözü ilə açan Dr. Şirin Kazımov  seminarın  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun təşəbbüsü ilə keçirildiyini qeyd edib. 
 
Dr. Şirin Kazımov 1990-cı illərdə Azərbaycan Tibb Universitetində təhsil almış və Anestesioloq-reanimatoloq ixtisasına yiyələnmişdir. O, 2004-cü ildən Azərbaycanda səhiyyənin idarə edilməsi və səhiyyə islahatları layihələrində iştirak edib. Dr. Kazımov 2013-cü ildə ABŞ-da Klinik psixologiya üzrə aspiranturanı bitirdikdən sonra psixiatrik xəstəxanada psixoloq kimi çalışır. Hazırda Dr. Kazımov Azərbaycandadır və yanvar ayının sonuna qədər Mərkəzi Gömrük Hospitalında Reanimasiya və intensiv terapiya şöbəsinin həkim və orta tibb işçiləri üçün təlimlər keçəcəkdir. 
 
Dr. Şirin Kazımov Mərkəzi Gömrük Hospitalının texniki cəhətdən hazırlığını, Reanimasiya və intensiv terapiya şöbəsində yüksəkixtislı reanimatoloqlar tərəfindən ən ağır xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini, istifadə edilən müalicə protokollarını yüksək qiymətləndirərək, Hospitalın fəaliyyəti barədə xoş fikirlər söyləyib.
 
Dr. Şirin Kazımov bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxmuş ağır xəstələrin müalicəsi ilə məşğul olan reanimotoloqların gərgin və stresli şəraitdə çalışmasından, bu gərginliyin – burn-out (psixoloji tükənmə, gücdən düşmə) sindromunun öhdəsindən gəlməyin yollarından danışıb. O, həmçinin stress və təkrar travma anlayışlarının da izahını verərək, bu sindromların aradan qaldırılması, onlarla mübarizə üsulları, həkimlərin özünə qayğısı və psixoloji travmalardan qorunması barədə ətraflı məlumat verib. Seminarın sonunda Dr. Şirin Kazımov iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.








Redaktorun seçimi