Rəbiyyə Cəfərova yeni vəzifəyə təyin edilib

Hit: 6571
Rəbiyyə Cəfərova yeni vəzifəyə təyin edilib
"ASAN məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərovaya yeni vəzifəyə təyin edilib.
 
Faktor.az xəbər verir ki, Rəbiyyə Cəfərova bundan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT") müdir müavini vəzifəsini icra edəcək.
 
Qeyd edək ki, Report-un yaydığı məlumata görə,  Fondun rəhbəri vəzifəsinə Qarabağ qazisi Elvin Hüseynov təyin olunub
 
Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.








Redaktorun seçimi