AzTV ən çox baxılan televiziya kanalı oldu - VİDEO

Hit: 2462
AzTV ən çox baxılan televiziya kanalı oldu - VİDEO
“44 günlük müharibə dövründə televiziyalar əhalinin əsas informasiya mənbəyi kimi çıxış edib. 90,4 faiz insan informasiyanı TV-lərdən alıb”.
 
Faktor.az xıbır verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu gün keçirilən brifinqdə deyib.
 
O, TV-lərin 44 günlük reytinqini açıqlayıb: “Ən çox baxılan TV kanalı 62,6 faizlə Azərbaycan Televiziyasıdır (AzTV). İkinci yerdə ATV dayanır – 60,2 faiz. Xəzər TV 59,8 faizlə üçüncü yerdə qərarlaşıb.
 
Bu dövrdə televiziya kanallarının əksəriyyəti – həm AzTV, həm ATV və digərləri cəbhə bölgələrindən birbaşa bağlantılar edirdi, əməkdaşları özlərini təhlükəyə ataraq əhalini və dünyanı informasiya ilə təmin etməkdə idilər”.
 








Redaktorun seçimi