Sağlam Təhsili Qarabağa aparırıq - VİDEO

Hit: 666
Sağlam Təhsili Qarabağa aparırıq - VİDEO
“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində “Sağlam təhsil” siniflərində təhsil alan şagirdlər qəhrəman əsgərlərimizə şəkərsiz sağlam şirniyyatlar və digər  məhsullardan ibarət sovqat göndəriblər. Həmçinin, şagirdlər əsgərlərimizə öz ürək sözlərini yazıblar. Hərbçilərimiz şagirdlərin məktublarını maraqla qarşılayıblar. 
 
Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil–sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda 39 məktəbin 183 ibtidai sinfi “Sağlam təhsil” texnologiyaları əsasında təmir və təchiz edilib.
 
 
https://youtu.be/zsmabHVuiQY
 
https://youtu.be/CYWjQ8H-ut8
 







Redaktorun seçimi