Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər keçirilir - FOTOLAR

Hit: 984
Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər keçirilir - FOTOLAR
"Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər l" layihəsi çərçivəsində sonuncu təlim keçirilib. Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqə qalibi olmuş "Məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün tədbirlər l" adlı layihənin icra planına uyğun olaraq şagirdlər üçün 10-cu, son təlim baş tutub. 
 
Təlimdə layihə rəhbəri Leyla Musayeva,təlimçi -mentor Lamiyə İsmayılova, təlimçi-psixoloq İlahə Tağıyeva şagirdlərlə görüşərək məktəblərdə baş verən real zorakılıq hallarından ,bu hallar zamanı şagirdlərimizin necə davranmalı olduqlarına dair söhbət aparılıb. 
 
Qeyd edək ki, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqənin qaliblərindən biri də “Məktəbdə Zorakılıq Hallarının qarşısının alınması üçün tədbirlər” adlı layihədir. Layihə məktəbdə zorakılıq hallarının qarşısının alınması üçün müəllim, psixoloq, şagird və valideynləri  marifləndirmək və yaşanan mövcud problemlərə həll yolu təklif etmək məqsədi daşıyır. Layihə çərçivəsində ümumi 3 təlim, 2 konfrans  və 7 seminar keçirilməsi nəzərdə tutuub.  Mövcud pandemiya vəziyyəti nəzərə alınaraq təlimlər distant şəkildə MS Teams proqramında aparılıb. Layihə 15 sentyabr- 15 dekabr tarixlərini əhatə edir. Layihədə iştirak edən müəllimlər sertifikat və təlim materialları ilə təmin olunub. 
 
Şagirlərlə  görüş zamanı  layihə üzrə tərəfdaş olan ENGİNENT şirkətinin nümayəndəsi Ramil Süleymanov onlara  kiber zorakılıq və bu kimi hallardan qorunmağın yollarından danışıb. Təlimlərdə layihə rəhbəri Leyla Musayeva, Təlimçilər: Tağıyeva İlahə, İsmayılova Lamiyə,  Bakı ş. Sabunçu r-n K. Məmmədov adına 209 №-li tam orta məktəbin direktoru, psixoloqu, müəllim,  şagird və valideyn heyyəti təlimlərdə aktiv şəkildə iştirak eedib. Qeyd olunan  məktəblə yanaşı təlimlərdə Bakı, Lənkəran, Kürdəmir, Kəlbəcər, Ağdam və Ağcabədi  şəhər  və  rayon məktəblərindən müəllim,  şagird  və valideyn layihəyə cəlb olunub..
 
1
1
1
1
1








Redaktorun seçimi