Gənclərin İnkişaf və Karyera Mərkəzinin - “Könüllülər ili” ilə əlaqədar təbrikli hesabatı - FOTOLAR

Hit: 741
Gənclərin İnkişaf və Karyera Mərkəzinin - “Könüllülər ili” ilə əlaqədar təbrikli hesabatı - FOTOLAR
Dekabr 5-də– Beynəlxalq Könüllülər Günündə “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) 32 nümayəndəliyində mükafatlandırma mərasimləri keçirilib, fəal könüllülər adıçəkilən gün münasibəti ilə təşəkkürnamələr və hədiyyələrlə təbrik edilib. 
 
Ümumi təşəkkürnamələrlə təltif edilən 1500 könüllüdən 135 nəfərixüsusi fəaliyyətlərinə görə hədiyyələrlə mükafatlandırılıblar. Xüsusi fərqləndirilən könüllülər ətraf mühitin qorunması istiqamətində “Təbiətin dostu”, vətənpərvərlik istiqamətində “Xarı Bülbül”, həssas əhali qrupuna aid şəxslər üçün təşkil olunmuş fəaliyyətlərdə fəal iştirakına görə “Yardımsevər”, COVID-19 pandemiyası ilə əlaqədar əhali arasında karantin qaydalarının təbliği istiqamətində“Sağlamlıq keşikçisi”, GİKM nümayəndəliklərinin fəaliyyətinin daha geniş kütləyə çatdırılması və hərbi əməliyyatlar dövründə sosial şəbəkələrdə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşkil olunmuş fəaliyyətlərdə aktiv iştirakına görə “Şəbəkə döyüşçüsü”  nominasiyası ilə təltif olunublar.
Mükafatlandırma mərasimlərində qeyd edilib ki, 2020-ci il - “Könüllülər ili” ərzində GİKM-in 32 nümayəndəliyində 100-dən çox layihə, sosial könüllülük, vətənpərvərlik, fərdi inkişaf, karyera, ətraf mühit, sağlam həyat kimi fəaliyyət istiqamətlərində 850-dən çox tədbir və təlim keçirilib, fəallığın baş tutmasında 35 minə yaxın gənc iştirak edib.
 
Bir il ərzində 32 rayondan 30-a yaxın könüllü ölkə əhəmiyyətli müxtəlif şirkətlərdə işlə təmin olunub və bu GİKM könüllülərindən 5-i, qürurverici haldır ki, məhz könüllüsü olduqları region nümayəndəliklərində işə başlayıblar. 
 
Həmçinin bildirilib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ-hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. 
Sonda xatirə şəkilləri çəkdirilib.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  30 dekabr 2019-cu ildə Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamışdır
 
1
1
1
1
1








Redaktorun seçimi