AzTU-nun dosenti vəfat edib

Hit: 632
AzTU-nun dosenti vəfat edib
Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.
 
Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
 
O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi.
 
40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub.
 
AzTU-nun rəhbərliyi və kollektivi Nailə Mirzəyevanın vəfatından kədərlənir, ailəsinə səbr diləyir.
 
Allah rəhmət eləsin!








Redaktorun seçimi