Qəhrəmanlarımızı tanıyaq! - Elnur Əkbərov

Hit: 1304
Qəhrəmanlarımızı tanıyaq! - Elnur Əkbərov

Vətən Müharibəsinin qəhrəmanlarından biri də kapitan Elnur Əkbərovdur.

Yaxınlarının verdiyi məlumata görə, Müharibənin ilk günündən Ağdərə, Xocavənd, Suqovuşan və Tərtər rayonunun Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə mərdlik nümayiş etdirib.

Onun babası Səmid Əkbərov Böyük Vətən Müharibəsində (1941-1945 illərdə) faşistlərin işğalı altında olan Kerç və Sevastopul şəhərləri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək "Za otvaqu" medalı ilə təltif edilmişdir.

Kim bilə bilərdi ki, 75 il sonra nəvəsi də onun kimi Vətən  uğrunda vuruşacaq. Lənkəranın yüzlərlə vətənpərvər, mərd oğlanları Elnur kimi cəbhədə vuruşaraq Qələbə qazanmağımızda böyük rol oynayıblar.

Qarabağ Azərbaycandır!

Faktor.az









Redaktorun seçimi