Əbədi yaşayan igidlər, sizlərə əbədi minnətdarıq!

Hit: 701
Əbədi yaşayan igidlər, sizlərə əbədi minnətdarıq!
Bugün bütün Azərbaycan şəhidlərimizi 1dəqiqəlik sükutla andı. Bizim sizə olan sevgi və hörmətimiz dəqiqələrlə ölçülməz əlbəttə. Əbədi yaşayan igidlər, sizlərə əbədi minnətdarıq!
 
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!
 
 
Hörmətlə,Aslan Abbaszadə








Redaktorun seçimi