Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyini ziyarət edib

Hit: 721
Allahşükür Paşazadə İranın Azərbaycandakı səfirliyini ziyarət edib
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.
 
Şeyxülislam həzrətləri İranın tanınmış alimi Möhsün Fəxrizadənin terror nəticəsində qətlə yetirilməsi ilə bağlı səfirlikdə açılan xatirə kitabına ürək sözlərini yazaraq, dost və qardaş İran xalqına, mərhum alimin ailəsinə və yaxınlarına başsağlığını çatdırıb. Bu amansız cinayəti törədənlərin Allah və beynəlxalq hüquq qarşısında cavab verəcəklərinə inandığını ifadə edib.
 
QMİ sədri 30 il ərzində Ermənistanın işğalı ilə üz-üzə qalan Azərbaycanın terrorun bütün növlərinə qarşı olduğunu diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə Vətən müharibəsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İran İslam Respublikasının Ali rəhbərinə, dost və qardaş İran xalqına minnətdarlığını bildirib.








Redaktorun seçimi