Bizim millət bu çətin günlərdə necə güclü olduğunu bir daha dünyaya sübut etdi!

Hit: 663
Bizim millət bu çətin günlərdə necə güclü olduğunu bir daha dünyaya sübut etdi!
10 noyabr günü Zəfər əldə etdik. Biz Zəfər bayramını bu torpaq üçün canını qoyan şəhidlərimizə, canından bir parçasını qoyan qazilərimizə borcluyuq. İkinci Qarabağ Müharibəsi bizim qələbəmizlə bitdi! Bizim millət bu çətin günlərdə necə güclü və birlik içində olduğunu bir daha dünyaya sübut etdi! Biz yenilməz xalqıq, bizim güclü ordumuz var və bu ordu bizə əsarətdə olan Qarabağımızı geri qaytardı! Bu bayram sizindir, əziz igidlər! 
 
Bizlər bu Vətənin bütövlüyünü sizlərə borcluyuq, bu torpaq sizindir, bu torpaq uğrunda canından keçənlərindir! Şəhidlər ölməz və unudulmaz! Öz məğrur ürəyinizlə tarix yazdınız, biz sizə çox şey borcluyuq! Ruhunuz qarşısında baş əyirəm! 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş ölkənin qurucusu olan Mustafa Kamal Atatürkün anım gününün 10 noyabr olması ilə əlaqədar olaraq, Zəfər bayramını 8 noyabr tarixinə dəyişmişdir. Bu tarix Şuşa şəhərinin azad olunması ilə yaddaşımıza həkk olunmuş, müharibə üçün də dönüş nöqtəsi olmuşdur! 
 
 
Hörmətlə,Aslan Abbaszadə








Redaktorun seçimi