BDU-dan növbəti təqdirə layiq addım

Hit: 700
BDU-dan növbəti təqdirə layiq addım
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektorunun (PYS) əməkdaşı Natavan Həsənzadə UNICEF-in təşkil etdiyi layihə çərçivəsində Vətən müharibəsi dövründə erməni terroru nəticəsində zərərçəkmiş və sığınacaqda olan uşaqlara ilkin psixolojı yardım göstərmək məqsədilə bir ay ərzində xidmət edəcək.
 
UNICEF-in Azərbaycandakı nümayəndəliyi müharibə dövründə Gəncə, Bərdə, Ağcabədi və Goranboy rayonlarında yaşayan zərər çəkmiş uşaqlara ilkin psixoloji yardım və dəstək göstərəcək psixoloqlar və sosial işçilər üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, ASAN Könüllüləri Gənclər Təşkilatı və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə birgə əməkdaşlıq çərçivəsində üç ekspress-təlim keçirib.
 
Oktyabrın 22-dən başlayaraq keçirilən təlimlərdə BDU-nun Psixoloji Yardım Sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə fəal iştirak edib. Təlimlərdə ilkin psixoloji yardım haqqında məlumat verilib, fövqəladə hallarda riayət edilməli qaydalar haqqında danışılıb və ilkin tibbi yardımın göstərilməsi üçün tədbirlər barədə fikir mübadiləsi aparılıb. Layihənin ilkin mərhələsində Natavan Həsənzadə və bir qrup psixoloq və sosial işçi qeyd edilən bölgələrdə uşaqlara bir ay müddətində ilkin psixoloji yardım göstərəcək.
 
Qeyd edək ki, layihənin əsas məqsədi Vətən müharibəsi dövründə zərər çəkmiş uşaqların post-tramvatik stress mərhələsindəki psixioloji sağlamlıqlarının düzəldilməsinə yardım etmək və onlara normal həyata adaptasiya olunmaları istiqamətində dəstək verməkdən ibarətdir.
 








Redaktorun seçimi