“Eşkiya dünyaya hökmdar olmaz” serialının aktyorları Bakıda - FOTOLAR

Hit: 1358
“Eşkiya dünyaya hökmdar olmaz” serialının aktyorları Bakıda - FOTOLAR
“Eşkiya dünyaya hökmdar olmaz” serialının aktyorları paytaxtımızın qonağı olub.
 
Faktor.az xəbər verir ki, Nizami Kino Mərkəzində aktyorların iştirak etdiyi “Aman reis duymasın” filminin qala gecəsi keçirilib. Qalada həm filmdə, həm də “Eşkiya dünyaya hölmdar olmaz” serialında oynayan Ozan Akbaba (İlyas Çakırbeyli), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) iştirak edib.
 
Filmin rejissoru Onur Tan bildirib ki, film “Eşkiya dünyaya hökmdar olmaz” serialından tanınan xarakterlərin istirahət tətilinə çıxmaqlarından, kiçik qəsəbəyə gələr-gəlməz inanılmaz işlərə qarışmalarından və başlarına gələn digər hadisələrdən bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanları bilməyidir.
 
Paytaxtımızın ilk dəfə qonağı olan aktrisa Sevinç Gürşen Kıratlı Bakını çox sevdiyini deyib:
 
“İnsanlarınız çox istiqanlı və qonaqpərvərdir. Sizləri çox sevdim. Bura gəlməyimizə görə xoşbəxtik. Eyni serialda oynamağımız filmin istənilən kimi olmasına şərait yaratdı. Neçə illərdir birlikdə çalışırıq. Artıq ailə olmuşuq”.
 
Ceren Benderlioğlu açıqlamasında babasının azərbaycanlı olduğunu qeyd edib: 
 
“İlk dəfə Bakıya gəlirəm. Amma öncədən azərbaycanlı sənətçilərlə birlikdə eyni layihədə oynamışıq. Babam azərbaycanlıdır. Ona görə mənim də bir tərəfim azərbaycanlı sayılır. İnanıram ki, bundan sonra tez-tez Bakıya gələcəyəm. Kamran Ağabalayev və Könül Nağıyeva ilə eyni filmdə oynamışıq”.
 
Aktrisa Sevil Akı açıqlamasında ikinci dəfə ölkəmizin qonağı olduğunu bildirib:
 
“Bakı möhtəşəm yerdir. Ortaq film layihəsi gələrsə, qəbul edərəm. Qonorar ikinci planda qalır”.
 
Qeyd edək ki, filmdə oynayan aktyorlar Oktay Kaynarca işlərinin çoxluğundan, Mustafa Üstündağ isə təyyarəyə gecikdiyi üçün qalaya qatıla bilməyib.

 

1
1
1
1
1
1
1
1
1







Redaktorun seçimi