Tanınmış modelyer mükafata layiq görülüb

Hit: 1126
Tanınmış modelyer mükafata layiq görülüb
“Avropa Nəşr Mətbuat Evi”nin Mükafat komissiyasının qərarı ilə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AQSİA-nın (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assoiasiyası) Sosial işlər komissiyasının rəhbəri Gülnarə Xəlilova  “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə mükafatlandırılıb.
 
Mükafat milli-mənəvi dəyərlərimizin qorunmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, Azərbaycanın qədim geyim mədəniyyəti, Azərbaycan milli geyim geyimlərin forması, növü, müasir folklor qruplarında milli geyim ənənələrin formalaşması, müasir milli geyim təkmilləşdirməsi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, Beynəlxalq Etno-Mədəniyyət Festivallarında mütamadi iştirakına, elmi-publitistik əsəsrlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə sənətşünaslıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.
 
Mükafatı “Avropa Nəşr Mətbuat Evi”nin nümayəndəsi Sahilə Mirzəqızı təqdim edib.
 
Xatırladaq ki, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Dövlət Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor Aqşin Babayev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova və başqaları müxtəlif illərdə bu mükafata layiq görülüblər.







Redaktorun seçimi