Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?

Hit: 981
Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?

"Novaya fabrika zvyozd" (Yeni ulduz fabriki) misiqi layihəsinin finalçısı, Sumqayıtdan olan azərbaycanlı müğənni Elman Zeynalov "Dom-2" layihəsinin iştirakçısı Maksim Vaytexovskinin keçmiş həyat yoldaşı, koreyalı model, Moskvadakı şou-rumların sahibi Marqarita Tsoy ilə romantik münasibətlərə başlayıb.

Faktor.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tsoy müğənni ilə birgə şəkillərini özünün "Instagram" səhifəsində paylaşıb. Zeynalov uzun müddət heç kəslə görüşməyib. Amma görünür o, koreyalı modelin gözəlliyi qarşısında dayana bilməyib. Cütlük hətta birlikdə Parisdə də olublar.

Tsoy ifaçı ilə birgə şəkillərini kifayət qədər tez-tez yayır. Zeynalov özü isə şəxsi həyatının təfərrüatlarını açıqlamağı o qədər də sevmədiyindən, paylaşımlarında bu qəbildən olan şəkilləri istisna edir.

Marqarita Tsoyun Moskvada gözəllik salonları var. Bundan əlavə, o, modelliklə məşğul olur. 2016-cı ildə "Dom-2" layihəsinin iştirakçısı olan Maksim Vaytexovskiyə ərə gedib. Lakin bir müddət sonra cütlük naməlum səbəblərdən ayrılıb.

 

Elman Zeynalov Sumqayıtda anadan olub, sonra ailəsi ilə birlikdə Rostova köçüb. Rusiyanın Muz-TV musiqi kanalında yayımlanan "Novaya fabrika zvyozd" layihəsi Elmana bütün Rusiyada şöhrət qazandırıb. Bununla yanaşı, Zeynalov Ani Lorak, Qriqori Leps, Ciqan və digər ulduzlarla birlikdə duet oxuyub. Hazırda Zeynalov Azərbaycanın xalq artisti Emin Ağalarovun qurduğu Zhara Music musiqi leyblının heyətinə daxildir.









Redaktorun seçimi