Brilliant Dadaşova pulun insan həyatındakı vacib rolundan bəhs edib

Hit: 825
Brilliant Dadaşova pulun insan həyatındakı vacib rolundan bəhs edib
Azərbaycanın Xalq artisti Brilliant Dadaşova yeni "Para para" mahnısının klipini ictimaiyyətə təqdim edib.
 
 Dadaşovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnının sözlərini özü yazıb, musiqisini isə Fərid Kərimli.
 
Bu dəfə müğənni klipinin çəkilişlərini tamamilə türk peşəkarlara həvalə edib. Klipin rejissoru Erkan Nas, montajçısı isə Fırat Özbaylardır.
 
Sözügedən çarx Türkiyənin "YouTube"dakı nəhəng musiqi meydançası sayılan, 14 milyondan çox izləyicisi olan "Netd" kanalında yayımlanıb.
 
Brilliant Dadaşova musiqi karyerasına 1985-ci ildə, bəstəkar Eldar Mansurovun bəstələdiyi mahnı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıblar və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.
 
Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. 








Redaktorun seçimi