Alim Qasımov Sami Yusifin “Nəsimi” kompozisiyasını şərh etdi

35 dəfə oxunub
Alim Qasımov Sami Yusifin “Nəsimi” kompozisiyasını şərh etdi

Xəbər verdiyimiz kimi, Sami Yusifin azərbaycanlı musiqiçilərin müşayiəti altında xanəndə Təyyar Bayramov və aşıq Samirə ilə birlikdə ifa etdiyi “Nəsimi” kompozisiyası böyük marağa səbəb olmuşdu.

Faktor.az xəbər verir ki, Sami Yusifin yutub kanalında yerləşdirilən kompozisiyanın baxış sayı 4 milyona yaxınlaşmaq üzrədir. Bir çox görkəmli sənət nümayəndələri layihə ilə bağlı fikrilərini bildirsə də, Xalq artisti Alim Qasımov bu barədə heç bir açıqlama verməmişdi. Məsələ ondadır ki, izləyicilərin bir qismi bu layihədə Alim Qasımovun yerinin göründüyünü irəli sürmüşdü.

Bu mövzu ilə bağlı Publika.az-a açıqlama verən sənətçi bu layihəni bəyəndiyini gizlətməyib:

“Sami Yusif geniş pərəstişkar auditoriyası olan, sevilən sənətkardır. Sənətinə hörmət bəsləyirəm. Sadəcə hər ikimiz səhnədən öz istəyi, eşqi olan insanlarıq. Bəlkə də bu əsərə fərqli tərzdə yanaşa bilərdik. Odur ki, addımını alqışlayıram. Başqa sənətkarın arzusu ilə ifamı çərçivələyə bilmərəm. Lakin bilmək olmaz, bəlkə gələcəkdə dövlətimiz elə bir layihə təşkil edəcək ki, səhnədə birgə yer lacağıq”.



Redaktorun seçimi