Röya “Maşın şou” haqqında görün nələr dedi

Hit: 676
Röya “Maşın şou” haqqında görün nələr dedi

Əməkdar artist Röya Ayxan “Maşın” realiti-şousunun iştirakçılarını tənqid edib.

Faktor.az xəbər verir ki, Əməkdar artist instaqram səhifəsində bu barədə paylaşıb. O, verilişdən kadrlar paylaşaraq əlavə edib ki, iştirakçılar şəxsi ambisiyaları uğrunda mübarizə aparır:

“Bütün Azərbaycan xalqı möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getdik. Bu saatda evə gəldik. Hər kəsə uğurlar arzu edirəm. Köhnə məsələləri “Maşın” şouda həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Köhnə söhbətlərin, şəxsi davaların əleyhinəyəm”.

Məlumat üçün bildirək ki, şounun ilk gecəsində aşıq Namiq Fərhadoğlu müğənni Nazim Pişyarinin göstərişi ilə Kərim Abbasovu oyundan çıxardıb. Nazim bildirib ki, Kərimlə aralarında bu yaxınlarda söz-söhbət olub. Kərim isə 12 il əvvəl məclisdə Nazimin ona mikrofon vermədiyini, indi intiqam aldığını bildirib.

 









Redaktorun seçimi