"Maşın"da ilk itki - Bir nəfər şoudan kənarlaşdırldı

116 dəfə oxunub
"Maşın"da ilk itki - Bir nəfər şoudan kənarlaşdırldı

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin ilk gecəsi start götürüb. 

BAKU.WS-in məlumatına görə, ilk və sonuncu dəfə maşın ətrafında 18 iştirakçı görünüb. İştirakçıların gizli səsverməsinə əsasən, ilk olaraq Aşıq Namiq SMS səsverməsinə çıxarılıb. 18 iştirakçıdan 9-u onun şəklini atıb.

Namiq Fərhadoğlu bunu qruplaşma adlandırıb. O qeyd edib ki, iştirakçılar onun güclü rəqib olduğunu bilirər və ona görə də ilk olaraq onu mübarizədən kənarlaşdlırmaq istəyirlər. 

Pərəstişkarlarından dəstək istəyən Aşıq Namiq adını açılamasa da, ən yaxşı simalardan birini oyundan kənarlaşdıracağını bildirib.

Həmin şəxsin kim olacağını isə tamaşaçılar müəyyən edəcək. Əgər tamaşaçıların dəstəyini qazansa, Aşıq nəzərdə tutğu şəxsi oyundan kənarlaşdıracaq. Səs toplamasa isə özü şounu tərk edəcək.

Müğənni Kərim Abbasov isə hədəfdə olduğunu bildirib və tamaşaçılardan Namiqin getməsinə səs istəyib. 

Hələlik isə tamaşılar Aşığı dəstəkləmirlər. Əksəriyyət onun getməsini istəyir...

Şounun sonuna bir saat qalmış artıq Namiq hədəfini açıqladı. O, həqiqətən də Kərim Abbasovu şoudan kənarlaşdırmaq istədiyini elan etdi. 

“Maşın” şounun ilk gecəsində qalmaqal  da yaşanıb.

Müğənni Nazim Pişiyarı həmkarı Kərim Abbasov haqqında etdiyi açıqlamaları ikincinin xətrinə dəyib.

Nazimin “Məndən soruşanda ki, oyunda bu gün kim qurban olsun, mən dedim Kərim Abbasov” sözü Kərimi özündən çıxarıb.

“Bilməzdim ki, Nazim Pişiyarı bu qədər çürükçüdür. Mənim ailəm, qohum-əqrabam belə yığışsa, oyundan getməyimi istəyən adamların səs istəməsinə səsim çatmaz və oyunu tərk edərəm. Odur ki, mən eldən səs istəyirəm. Aşıq Namiqin oyundan “getməsinə" səs verin”, - deyə Kərim əlavə edib.

Şounun sonunda isə 69,41 faiz səs toplayan Namiq Fərhadoğlu şouda qaldı. O, Kərimi çıxardığını elan etdi. Beləliklə ilk oyunu tərk edən müğənni Kərim Abbasov oldu.



Redaktorun seçimi