Cenniferin erotik filmi qadağan edildi

Hit: 380
Cenniferin erotik filmi qadağan edildi

Dünyaca məşhur müğənni Cennifer Lopezin başrolda oynadığı "Hustlers" (Striptizçilər) filmi Malayziyada qadağan edilib.

Faktor.az axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işində erotik səhnələrin çoxluğudur. Bundan başqa filmdə narkotik maddələrin istifadəsinin açıq-aşkar nümayişi də müvafiq qurumları bu addımı atmağa vadar edib.

Qeyd edək ki, hazırda adıçəkilən ekran işi izlənmə sayına görə həm Amerika, həm də Avropada ilk sıralardadır.









Redaktorun seçimi