Günel BOŞANDI?

48 dəfə oxunub
Günel BOŞANDI?

Ürəyini İnstaqram-da izləyicilərinə açan müğənni Günel Məhərrəmli saf sevgi həsrətində olduğunu yazıb.

Tanınmış sənətçi xoşbəxtliyi pulda və parada deyil, təmiz və qarşılıqlı hisslərdə gördüyünü bildirib.

"Sənin xoşbəxtliyin nədədir və ən yaxşısını sən bilirsən. Xoşbəxtlik anlayışım dəbdəbəli həyat deyil. Mənim üçün xoşbəxtlik yüksək səviyyəli həyat şəraitində gizlənməyib. Pul gəlir və gedir, geyimlər köhnəlir və yenisi ilə əvəz olur. Amma ruh onu dəyişmək qədər asan deyil. Həyatın boyu doğru insanları tapmaq lazımdır. Sənin üçün doğru olanları. Bahalı maşında susaraq yol getdiyin adamdansa metroyla gedib sözündən doymadığın adamın varlığı daha gözəldir.

Ya da hər səhər bahalı yataq dəstində yanında biri var ikən oyanmaq yerinə, sadə otağında səni sevgi ilə birinin oyandırması... Bu olması lazım olan həyatdır. Bu, pul deyil, bu, ruhun doymasıdır. Ruhun sevgi ilə doyması... Xoşbəxtlik əbədi deyil. Anlıq olanı da anında yaşamaq lazımdır. Sonra gec olur və gecikdiyimiz heç nə geri qayıtmır".

Müğənni bu sözləri ilə Kiyevdə yaşayan həyat yoldaşından boşandığı iddialarını gücləndirib. Məlumat üçün bildirək ki, Günel Məhərrəmlinin bir oğlu var.



Redaktorun seçimi