“Belə şeylər nəslimizin qanında yoxdur”

Hit: 218
“Belə şeylər nəslimizin qanında yoxdur”

Müğənni Mətanət Əsədova bir müddət əvvəl falçının qarşısında mahnı oxuması barədə yayılan videosuna münasibət bildirib. O, “5-də 5” proqramında baxıcı yanına getmədiyini, türkə-çarə üçün həmin məkanda olduğunu qeyd edib:

“İnsanlar belə yerlərə gedir, xəlvət işlərini görür, özlərini camaata imam sifətində göstərirlər. Mən baxıcı filan tanısaydım, onların yanına gizli gedərdim. Belə şeylər bizim nəslimizin qanında yoxdur. Mən ora türkə-çarə üçün getmişdim.

Həkimin mənə kömək edə bilmədiyi şeyi o etdi. Sağalandan sonra təşəkkür üçün getdim. Dedi ki, heç nə lazım deyil, mənim üçün oxu. Mən də oxudum. Bunu şişirdib dağ başına qoymaq nəyə lazımdır?”.









Redaktorun seçimi