Nigarla Eldarın şəxsi əşyaları muzeydə sərgilənəcək

Hit: 186
Nigarla Eldarın şəxsi əşyaları muzeydə sərgilənəcək

"Eurovision- 2011" mahnı müsabiqəsinin qalibləri - Eldar Qasımov və Nigar Camalın şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyində yer alıb.

Bu barədə Eldar İnstaqram səhifəsində məlumat verib. O, Nigarla görüntülərini paylaşaraq şərəfli anlar yaşadığını qeyd edib:

"Qalibiyyətimizi və imzalarımızı əks etdirən açıqça və bəzi şəxsi əşyalarımız artıq Milli Azərbaycan Tarixi Muzeyində öz yerini tapacaq. Minnətdaram! Bu, bizim tariximizdir, bu, hamımızın tarixidir".









Redaktorun seçimi