Burak Özçivitin alacağı məbləğ bəlli oldu - "Diriliş Osman" serialında

26 dəfə oxunub
Burak Özçivitin alacağı məbləğ bəlli oldu - "Diriliş Osman" serialında

"Diriliş Osman" serialı ilə ekranlara dönən Burak Özçivitin alacağı məbləğ bəlli olub.

TV8-də yayımlanan "Gel konuşalım" proqramında onun hər bölüm üçün 325 min lirə (təxminən, 97 min 800 manat) alacağı bildirilib.

Yəni, Özçivitin aylıq gəliri 1,3 milyon lirə olacaq.

Qeyd edək ki, "Diriliş Osman" ATV-də yayımlanacaq. Burakın partnyoru isə aktrisa Aslıhan Karalardır.



Redaktorun seçimi