Azərbaycanda bu müğənnilər Hacıların "BAŞINI KƏSİR" - Səbəbi isə...

29 dəfə oxunub
Azərbaycanda bu müğənnilər Hacıların "BAŞINI KƏSİR" - Səbəbi isə...

Azərbaycanlı xanım məşhurların "Təkqol" trendi sürətlə yayılmaqdadır.

Redaktor.az xəbər verir ki, şou-biznesin qadın nümayəndələri son günlər paylaşdıqları kadrlara sevdikləri şəxsin bir qolunu salırlar. Artıq sosial mediada bunu "Təkqol" trendi adlandırırlar. 

Tanınmış müğənni Şəbnəm Tovuzlu "Təkqol" trendinin yaradıcısı hesab edilir. Belə ki, İzləyiciləri ifaçının həyat yoldaşı olan Hacının yalnız sol qolunu görə bilirlər. 

Hacısını gizlədən müğənnilərdən biri də Afət Fərmanqızıdır. Müğənni bir müddət öncə Hacı Roma (Ramal Hüseynov) ləqəbi ilə tanınan iş adamı ilə ailə qurub. O, həyat yoldaşı ilə paylaşdığı fotolarda yalnız onun qolunu göstərir. 

Qeyd edək ki, şou-biznesin əksər xanım nümayəndələri münasibətdə olduqları şəxslərin gizliliyinin saxlanılmasına çox önəm verirlər. Təbii ki, bu da onların şəxsi həyatı, şəxsi seçimləridir.



Redaktorun seçimi