Bir-biri ilə ailə qurub, BOŞANAN azərbaycanlı məşhurlar

32 dəfə oxunub
Bir-biri ilə ailə qurub, BOŞANAN azərbaycanlı məşhurlar

Məşhurların şəxsi həyatı hər zaman insanlara maraqlı olub. 

Redaktor.az xəbər verir ki, azərbaycanlı məşhurlar arasında bir-biri ilə ailə quranlar az deyil. Lakin onların bəziləri ailələrini qoruyub saxlaya bilməyiblər, boşanıblar. 

Reper Elşad Xose və rəqqasə Oksana Rəsulova 2012-ci ildə ailə həyatı qurub. Lakin bir neçə aydan sonra cütlük boşanıb. Rəqqasənin hazırda bir oğlu var.

Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında məşhur produsser Təranə Səmədova ilə evlənib. Cütlük daha sonra qalmaqallı şəkildə boşanıb. Kərim ikinci dəfə evlənib, bir oğul var. Prodüser Təranə Səmədovanın isə bir qızı var.

Xalq artisti Faiq Ağayev 2004-cü ildə Nigar Topçubaşova ilə ailə qurub. Xalq artisti 2 il sonra, 2006-ci ildə qalmaqallı şəkildə boşanıb.


Xalq artisti Flora Kərimova üç dəfə ailə qurub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur.


Məşhur aktyor Səyavuş Aslanla həmkarı Ofelya Aslan da ailə qurub ayrılıblar. Onların bu nikahdan iki oğlu var. 


ATV telekanalının məşhur aparıcıları Samirə Mustafayeva və Vaqif Aydınoğlu evliliklərinə son qoyublar. Uzun illər ailəli qalan cütlük 2016-ci ildə gözlənilməz şəkildə boşanıb. Cütlüyün bir qız övladı var.


2007-ci ildə ailə həyatı quran rejissor Fuad Əlişov ilə aktrisa Sevinc Əliyeva 2016-ci ildə boşanıb. Onların bu evlilikdən üç övladı var.



Redaktorun seçimi