Beren Kənanla ayrılıq xəbərlərinə belə son qoydu

Hit: 237
Beren Kənanla ayrılıq xəbərlərinə belə son qoydu
Aktrisa Beren Saat müğənni Kənan Doğuludan boşanacağı iddialarına son qoyub.
 
Kənanın "Yaparım bilirsin" adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstqram paylaşımına Berendən reaksiya gecikməyib. Müğənninin "Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Profesional səhnəyə atdığım ilk addım idi" sözlərinə aktrisa ürək işarəsi qoyub. Bu isə 2014-cü ildən evli olan cütlüyün ayrılıq dedi-qodularının yalan olduğunu təsdiqləyib.
 
Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Buna səbəb isə gecə klublarının birində Maqanın yanındakı xanımın aktrisaya bənzədilməsi olmuşdu.








Redaktorun seçimi