"Nadirin oxumağını kəsin, heç kimə lazım deyil" - Roza

52 dəfə oxunub
"Nadirin oxumağını kəsin, heç kimə lazım deyil" - Roza

Müğənni Roza Zərgərli bu dəfə aktrisalıq sevdasından bəhs edib.

Sənətçi "Üçümüz" verilişində sualları cavablandırıb. Tamaşaçıların ona yazdığı məktublara cavab verən Roza çəkilmək istədiyi filmi açıqlayıb:

"Mafiya anası obrazında, "Xaç anası" olmaq istəyirəm. "Titanik"in ikincisi olsa, çəkilmək istəyərəm. Amma leonardo Di Kaprio ilə yox".

Aparıcıların "Vaxt azalır, veriliş yerləşməyəcək" sözlərinə isə Roza "Nadir Qafarzadəni kəsərsiz. Onun oxumağı heç kimə lazım deyil, kəsin getsin" cavabını verib.

 

Qeyd edək ki, verilişdə Rozadan əvvəl müğənni Nadir Qafarzadə qonaq olub.



Redaktorun seçimi