19 yaşlı model faciəvi şəkildə ölüb

64 dəfə oxunub
19 yaşlı model faciəvi şəkildə ölüb

Sahildən 19 yaşlı modelin cansız bədəni tapılıb.

Faktor.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada təhsil alan 19 yaşlı Sinead Moodliarqış tətili üçün getdiyi Cənubi Afrika ölkəsində dünyasını dəyişib.

Onun ölümü ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb.

Cənubi Afrikada okean sahilində günəşin doğuşunu izləyən gənc model güclü dalğaların təsirindən qayaya çırpılıb. Umhlanaga qayasına çırpılan model hadisə yerindəcə keçinib.

Məhkəmədən verilən məlumata görə, hadisə yeni il ərəfəsində baş verib.

O, Kembric universitetində fəlsəfə ixtisası üzrə təhsil alıb.



Redaktorun seçimi