Türkiyəli müğənni boşandığı xanımına 1 milyon ödədi

22 dəfə oxunub
Türkiyəli müğənni boşandığı xanımına 1 milyon ödədi

Müğənni Sərdar Ortaç ötən cümə axşamı günü irlandiyalı həyat yoldaşı Xloe Luqnandan boşanmışdı.

 Xloe "sevərək ayrıldıq" desə də, boşanmanın təfərrüatı bəlli olub.

Bildirilir ki, o, Sərdardan Əmirgan adlı ərazidəki 20 milyon lirə dəyərində olan ikimərtəbəli villanın yarısını istəyib. Lakin S.Ortaç buna razı olmayıb.

Müğənni eks-arvadının yeni ev tapanadək yanında qalmasına icazə verib. İfaçı Xloeyə bir milyon lirə təzminat ödəyib.

Qeyd edək ki, cütlük 2011-ci ildə tanış olub, 2014-cü ildə isə evlənib. (publika.az)



Redaktorun seçimi