Özcan boşadığı xanımını bu dəfə də tətilə çıxardı

Hit: 142
Özcan boşadığı xanımını bu dəfə də tətilə çıxardı

Ötən ay Feyza Aktandan boşanan aktyor-müğənni Özcan Dəniz onunla birlikdə Yalıkavaka istirahətə yollanıb.

Faktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, ətrafdakıların təəccüblü baxışlarına əhəmiyyət verməyən cütlük oğulları Kuzeylə gəzintiyə çıxıblar.

Özcanla keçmiş xanımı güclü mühafizə tədbirləri görsələr də, paparassilərin hədəfindən yayına bilməyiblər.

Xatırladaq ki, Özcanla Feyza bir neçə gün əvvəl Bodrumda əl-ələ görüntülənmişdilər. 

 

 








Redaktorun seçimi