Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi

Hit: 266
Şeron Stoun özünü şahzadə Diana ilə müqayisə etdi

Amerikalı aktrisa Şeron Stoun 2001-ci ildə yaşadığı iflicdən sonra həyatında baş verənlərdən danışıb.

Aktrisa “The Variety”-ə müsahibəsində bildirib ki, insanlar onunla çox insafsızcasına rəftar etdilər. O, kinonu atmalı və səhhətinin bərpası ilə məşğul olmalı olmuşdu. Buna isə yeddi il sərf edib. 

“Mən evimi girov qoymalı oldum. Malik olduğum hər şeyi itirdim”, - deyə Stoun etiraf edib.

O əlavə edib ki, iflicdən sonra özünü unudulmuş hiss edib.

“Sanki şahzadə Diana kimi oldum. O, məşhur idi, sonra isə öldü”, - deyə Stoun bildirib.









Redaktorun seçimi