Dünyaca məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO

Hit: 287
Dünyaca məşhur aktyor səhnədə bıçaqlandı - VİDEO

Dünyaca məşhur honqkonqlu aktyor Saymon Yam Tat-vau Çində bıçaqlanıb. 

“Haber7” xəbər verir ki, 64 yaşlı aktyor məhsul tanıtımı üçün səhnəyə çıxdığı zaman naməlum şəxs əlində bıçaqla ona hücum edib. 

Müxtəlif xəsarətlər alan aktyorun xəstəxanaya çatdırıldığı və həyatı üçün təhlükənin olmadığı bildirilib. 

Polis hücumda şübhəli bilinən Çın adlı 53 yaşlı çinlini yaxalayıb. İlkin məlumatlara görə, o, şizofreniya xəstəliyindən əziyyət çəkir. 









Redaktorun seçimi