Xalq artisti sığortalatdırmaq istədiyi bədən üzvünü açıqladı

123 dəfə oxunub
Xalq artisti sığortalatdırmaq istədiyi bədən üzvünü açıqladı

Dövlət Gənc Tamaşaçılar Teatrının tanınmış aktrisası, xalq artisti Naibə Allahverdiyeva sığorta etdirmək istədiyi bədən üzvünü açıqlayıb.

Aktrisa ölkə.az-a açıqlamasında bildirib ki, əgər 25 yaşında olsaydı, ürəyini sığortalatdırardı:

"Əgər iyirmi beş yaşımda olsaydım, sığrtalatdırmaq istədiyim digər bədən üzvlərimi də açıqlayardım. Amma indi məni yalnız sağlamlığım düşündürür. Çünki sağlamlıq peşəsindən asılı olmayaraq, hər kəs üçün vacibdir".

Qeyd edək ki, bir müddət öncə xalq artistinin səhhətində problem yaranmış və o, xəstəxanaya yerləşdirilmişdi.



Redaktorun seçimi