Röya ilə rəqs videosu qalmaqal yaratdı - “Xain xoflu olar” - VİDEO

Hit: 320
Röya ilə rəqs videosu qalmaqal yaratdı - “Xain xoflu olar” - VİDEO

Ötən gün müğənni Xatirə İslamın qardaşının toyunda Əməkdar artist Röya Ayxanla şairə Nazilə Səfərlinin rəqs videosu qalmaqala səbəb olub.  Buna səbəb prodüser Tarix Əliyevin (Tolik) Nazilənin yaydığı sözügedən görüntülərə fikir bildirməsi olub. Belə ki, Tolik “Röyayla oynayanda necə də sevinirsən” şərhini qeyd edib. Bundan narahat olan N. Səfərli həmin rəyi silib. 

Daha sonra Tolik instaqram səhifəsində şairənin bu addımını tənqid edib: “Deyirəm ki, xain xoflu olar. Nazilə də xofludur. Bu videonu səhifəsində paylaşıb. Şərh yazdım ki, Röyayla oynayanda necə sevinirsən. Burada pis nə yazdım ki? Tez şərhimi silib.  Mən də onun özünü sildim, bloka atdım. Mənim heç kimdən nə asılacağım, nə də qorxacağım var. Röyanın onsuz da belə şeylərdə bəxti yoxdur. Üzünə gülənlərlə həmişə səmimi olur. Amma cürətləri çatıb ona yazmazlar ki, nə yaxşı ki, varsan”.









Redaktorun seçimi