Məşhur aranjimançıdan xəbər yoxdur

Hit: 226
Məşhur aranjimançıdan xəbər yoxdur

Murad Boz, İşın Karaca, Emre Kaya kimi populyar şəxslərlə ortaq layihələrə imza atan aranjimançı Mert Ali İçelli itkin düşüb. Bu barədə musiqiçinin xanımı Elif İçelli məlumat yayıb. 

O, polisə müraciət edərək həyat yoldaşının mayın 12-dən yoxa çıxdığını bildirib. E. İçelli qeyd edib ki, 16 illik ərinin konsert üçün İzmirə getdiyini, həmin gün sonuncu dəfə “Whatsapp”da yazışdıqlarını bildirib. 

 

“Mesajlaşmağımızdan sonra telefonuna zəng çatmadı. “Dostunu tap” axtarış platforması vasitəsi ilə telefonunun bir müddət İzmirdə olması barədə məlumat aldıq. Daha sonra siqnal itdi. Günlər keçib, onunla əlaqə qura bilmirəm. Başına pis bir şey gələcəyindən qorxuram”. 

 









Redaktorun seçimi